BAKI, 16 oktyabr. TELEQRAF

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova U-23 dünya çempionatında fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Teleqraf xəbər verir ki, 59 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz qızıl medal uğrunda həlledici görüşdə Ukrayna idmançısı Alina Filipoviçlə üz-üzə gəlib. Tam bərabərliklə başa çatan (4:4) qarşılaşmada sonuncu xal prinsipi rəqibin xeyrinə olduğundan G.Qurbanova gümüş medalla kifayətlənib.

Xatırladaq ki, bundan əvvəl yunan-Roma güləşçilərimizdən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc mükafata yiyələniblər.

Qeyd edək ki, ABŞ-nin Las Veqas şəhərində təşkil olunan və oktyabrın 18-dək davam edəcək muandialda ölkəmiz ümumilikdə 23 güləşçi ilə təmsil olunur.