BAKI, 19 oktyabr. TELEQRAF

Braziliya millisinin və “Kruzeyro” klubunun qapıçısı Otavio karyerasını Avropada davam etdirə bilər.

Teleqraf “Fussball News”a istinadən xəbər verir ki, 31 yaşlı qolkiper “Borussiya Dortmund”, “Tottenhem”, “Nottingem Forest”, “Portu” və “Napoli” klublarının maraq dairəsinə düşüb.

Ötən ilin sentyabrında Braziliya millisində debüt edən Otavio ölkəsinin ən perspektivli qapıçılarından biri hesab olunur.

Hazırda “Kruzeyro” ilə 2031-ci ilin dekabrına qədər müqaviləsi olan qapıçının transferi asan başa gəlməyəcək. Belə ki, klub futbolçunun satışından ən azı 25-30 milyon avro qazanmaq niyyətindədir.

Qeyd edək ki, “Borussiya Dortmund” və “Napoli” UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”ın qonağı olacaq. Almaniya təmsilçisi ilə qarşılaşma oktyabrın 20-də, İtaliya klubu ilə görüş isə gələn il yanvarın 20-də keçiriləcək.