BAKI, 19 oktyabr. TELEQRAF

Xaricdə təhsil üzrə Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib.

Teleqraf xəbər verir ki, tədbir Dövlət Proqramı İdarəetmə Qrupu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Sərgidə dövlət və özəl sektoru təmsil edən 40-dan çox qurum 150-dən çox vakansiya ilə yer alıb.

Tədbirin əsas məqsədi Dövlət Proqramı məzunları ilə dövlət və özəl sektor nümayəndələri arasında birbaşa əlaqələrin qurulmasına, onların öz ixtisas və bacarıqlarına uyğun karyera imkanları ilə tanış olmalarına şərait yaratmaqdır.

Qeyd edək ki, 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində 738 nəfər məzun statusu qazanıb.