BAKI, 8 noyabr. TELEQRAF
Türkiyə Daxili İşlər Nazirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, nazirliyin sosial media hesablarında bununla bağlı paylaşım olunub.
“Zəfərin mübarək olsun, can Azərbaycan. Qarabağın azadlığına qovuşması ilə tarixə yazılan böyük Zəfər qardaş Azərbaycanın əzminin, cəsarətinin və Vətən sevgisinin rəmzidir. Bu tarixi Zəfərin altıncı ildönümündə Vətən torpaqları uğrunda canlarından keçən əziz şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi isə minnətdarlıqla yad edirik.
Türkiyə və Azərbaycan arasındakı sarsılmaz qardaşlıq əbədi olsun. 8 Noyabr - Zəfər Günü mübarək”, - paylaşımda bildirilib.
