BAKI, 8 noyabr. TELEQRAF

Türkiyənin müxalif Zəfər Partiyası Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bununla əlaqədar partiyanın sosial media hesablarında video paylaşılıb.

“Azərbaycanın həm kədərini, həm də sevincini daim qəlbimizdə hiss etmişik. Qardaş Azərbaycanın da Atatürkə sayğı və sevgisini Zəfər Gününü 10 noyabrdan 8 noyabra keçirməsi ilə gördük.

Azərbaycanın 8 Noyabr Zəfər Günü mübarək olsun. Qardaşlığımız daim, zəfərimiz mübarək olsun. Azərbaycan candır”, - paylaşımda bildirilib.

Zəfər partiyasının sədri Ümit Özdağ da bundan əvvəl Azərbaycanı tarixi gün münasibətilə təbrik etmişdi.