BAKI, 8 noyabr. TELEQRAF
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin sosial media hesablarında paylaşım olunub.
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan. Altı il əvvəl Qarabağda böyük zəfər qazanan türk-azərbaycanlı qardaşlarımızın 8 Noyabr - Zəfər Gününü təbrik edir, bütün qardaşlarımızı səmimi-qəlbdən salamlayırıq”, - MN vurğulayıb.
