BAKI, 8 noyabr. TELEQRAF
Türkiyə Prezident Administrasiyasının kommunikasiya direktoru Burhanettin Duran Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, Türkiyə rəsmisi bu barədə sosial mediada yazıb.
“Qarabağ Zəfəri can Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək iradəsinin, əzminin və qətiyyətinin tarixi rəmzidir.
8 Noyabr - Azərbaycanın Zəfər Günü münasibətilə təbriklərimi çatdırır, Qarabağı yenidən azadlığına qovuşduran qəhrəman şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətdarlıqla yad edirəm”, - Duran bildirib.
.png)