BAKI, 29 oktyabr. TELEQRAF
Ermənistan Milli Məclisinin iclasında hakim “Vətəndaş Müqaviləsi” və müxalif “Güclü Ermənistan” fraksiyalarının deputatları arasında dava düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Mübahisə şiddətli əlbəyaxa davaya çevrildikdən sonra parlament sədri Ruben Rubinyan iclasda fasilə elan edib.
Təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə edərək deputatları iclas zalından çıxarıblar. Amma əlbəyaxa dava Milli Məclisin dəhlizində də davam edib.
Hadisə “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Narek Qriqoryanla “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan arasındakı mübahisədən başlayıb.