BAKI, 29 oktyabr. TELEQRAF
Fransanın “Monako” klubu Türkiyə təmsilçisi “Qalatasaray”ın futbolçusu Aleksey Batrakovu heyətinə qatmaq istəyir.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, fransızlar hazırda 21 yaşlı yarımmüdafiəçinin çıxışlarını yaxından izləyirlər.
Bununla yanaşı, Rusiya millisinin üzvü ilə İngiltərə və Fransanın bəzi klubları da maraqlanır. “Qalatasaray” rəhbərliyi Avropanın bir sıra komandalarının futbolçuya maraq göstərdiyindən xəbərdardır.
Qeyd edək ki, Aleksey Batrakov yayda Moskva “Lokomotiv”indən “Qalatasaray”a keçib. O, cari mövsümdə İstanbul təmsilçisinin heyətində 10 matça çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.