BAKI, 29 oktyabr. TELEQRAF
Mərkəzi Bankın pul-kredit siyasəti qiymət sabitliyi yönündədir. Məqsədimiz inflyasiyanın aşağı düşməsinə nail olmaqdır.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.
“Lakin inflyasiyaya təsir etmədən iqtisadi fəallığı dəstəkləmək imkanımız olarsa, sözsüz ki, bu da nəzərdən keçiriləcək. Amma əsas məqsədimiz inflyasiyadır.
Gələn ilə gəldikdə isə, qeyd etdiyim kimi, proqnozlarımıza əsasən, inflyasiya 5,9 faiz olacaq. 2028-ci ilin üçüncü rübündə isə proqnozlaşdırırıq ki. inflyasiyanı 4 faizlik hədəfə uyğun cilovlaya biləcəyik”.