BAKI, 29 oktyabr. TELEQRAF

Mərkəzi Bank ilin sonuna qədər valyuta bazarına alış yönümlü müdaxilələrini davam etdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.

“Ehtimal edirik ki, bu müddətdə 1–1,5 milyard dollar ətrafında alış yönümlü müdaxilə həyata keçiriləcək. Lakin ehtiyatlarımızın konkret hansı səviyyədə dayanması ilə bağlı hədəfimiz yoxdur”.