BAKI, 29 oktyabr. TELEQRAF

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti qələbəsini qazanıb.

Teleqraf xəbər verir ki, yığma C Divizionunda Mozambik seçməsini 4:1 hesabı ilə məğlub edib.

Famil Xəlilovun kollektivi bu gün, saat 19:30-da Vyetnam millisi ilə üz-üzə gələcək. Vyetnam komandası Kubanı 2:1 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb.

Yığma qrup mərhələsində Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

Millimiz C Divizionundakı ilk oyununda Çiliyə 1:3 hesabı ilə məğlub olub, Cəbəllütariq seçməsinə isə 5:1 hesabı ilə qalib gəlib.