BAKI, 29 oktyabr. TELEQRAF

Azərbaycanda milli ödəniş sistemi üzrə sentyabr ayının nəticələrinə əsasən, dövriyyə 862 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz artım deməkdir.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.

O qeyd edib ki, kartlar vasitəsilə ölkədaxili əməliyyatlar üzrə nağdsız dövriyyənin həcmi 64.6 milyard manat (69%) olub ki, bu da illik müqayisədə 8 faiz artım deməkdir:

“Ölkədaxili nağdsız əməliyyatların ümumi həcmi isə 80 milyard manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıb. Kartlar vasitəsilə ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin payı 69 faiz təşkil edib.