BAKI, 29 oktyabr. TELEQRAF
Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə təbrik mesajı yayımlayıb.
Teleqraf xəbər verir ki, bu barədə səfirliyin "X" platformasında məlumat verilib.
“Qardaş Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünü ən səmimi arzularımızla təbrik edirik. Bu əlamətdar gündə Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürk başda olmaqla, Milli Mübarizənin bütün qəhrəman şəhid və qazilərini dərin hörmət və minnətdarlıqla yad edir, Türkiyənin daim uğur və sabitlik içində irəliləməsini arzulayırıq", - deyə paylaşımda qeyd edilib.