BAKI, 29 oktyabr. TELEQRAF
Azərbaycan Baş naziri Əli Əsədov oktyabrın 29-30-da Gürcüstana işgüzar səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Gürcüstan və Azərbaycan Baş nazirlərinin həmsədrliyi ilə iki ölkənin Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 11-ci iclası keçiriləcək.
Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə azərbaycanlı həmkarı arasında üzbəüz görüş planlaşdırılır.
Qeyd edilib ki, Əli Əsədov iqtisadiyyat, energetika, rəqəmsal inkişaf və yollar, elm və təhsil nazirlərindən ibarət nümayəndə heyəti ilə Gürcüstana səfər edəcək.