BAKI, 29 oktyabr. TELEQRAF
Azərbaycanda sahibkarın bankla danışaraq QR ödənişlərini qəbul etmək istədiyini bildirməsi vacibdir. Çünki QR vasitəsilə qəbul edilən ödənişlər üzrə tariflər daha aşağıdır.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.
O qeyd edib ki, ticarət şəbəkələrində POS-terminalların istifadəsi ilə bağlı xərclərin azaldılması istiqamətində də müəyyən addımlar atılır:
“Artıq banklar üçün POS-terminallar vasitəsilə AzQR standartı əsasında ödənişlərin qəbul edilməsi tələbi müəyyənləşdirilib.
Bu ilin birinci yarısında banklar üçün QR standartı tətbiq etdik. Məqsədimiz sahibkarların ödəniş xərclərini azaltmaqdır. Sahibkarlarla görüşlərdə onlara QR vasitəsilə ödəniş qəbul etməyi təşviq etməyi tövsiyə edirik. Bu halda banklar daha aşağı komissiya tətbiq edə bilərlər”.