BAKI, 14 oktyabr. TELEQRAF

"Rusiya Dəmir Yolları" şirkətinin rəhbəri Oleq Belozerov Moskvanın Ermənistan dəmir yolunun konsessiya əsasında idarə olunmasını dayandırması məsələsinin müzakirə edilmədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə O.Belozerov danışıqlardan sonra “Sputnik Ermənistan”a açıqlamasında deyib.

"Bu gün məsələni müzakirə etdik. Konsessiya sazişinin icrasını nəzərdən keçirdik. Saziş icra olunur və birgə işləməyə davam etmək barədə razılığa gəldik",- Oleq Belozerov bildirib.

O, görüşü yaxşı qiymətləndirib və konkret məsələlərin məhsuldar müzakirə olunduğunu qeyd edib.