BAKI, 14 oktyabr. TELEQRAF
Ermənistan dəmir yollarının rəqabətqabiliyyətinin artırılması məqsədilə birgə işçi qrupu yaradılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetindən məlumat yayılıb.
Bildirilib ki, razılaşma "Rusiya Dəmir Yolları"nın rəhbəri Oleq Belozorov ilə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü zamanı əldə olunub.
İşçi qrupu qaldırılan məsələləri qısa müddətdə müzakirə edərək həll yolları axtaracaq.