BAKI, 13 oktyabr. TELEQRAF
Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsində səfərdə olan Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər ikitərəfli münasibətlərin cari məsələlərini müzakirə ediblər. Strateji Tərəfdaşlıq Sazişinin siyasi dialoqun gücləndirilməsi və ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığı və bunun konkret göstəricilərdə öz əksini tapdığı qeyd olunub.
Ticarət, investisiya, turizm və işgüzar əlaqələrin inkişaf perspektivlərinə, eləcə də nəqliyyat və logistika sahələrində əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Gürcüstanın Orta Dəhlizin əsas tranzit və logistika əlaqələrindən biri kimi rolu və regional əlaqələrin gücləndirilməsinə xidmət edən nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş davam edən böyük layihələr vurğulanıb.