BAKI, 14 oktyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin gələn ay Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrov Çin xarici işlər naziri Vanq Yi ilə görüşündə bildirib: "Cənab Si Cinpinlə daha bir söhbəti səbirsizliklə gözləyirik".

Rusiyalı nazirin sözlərinə görə, iki ölkə liderləri müntəzəm əlaqə saxlayır və ikitərəfli tərəfdaşlığın və strateji əməkdaşlığın inkişafını izləyir.

Lavrov həmçinin qeyd edib ki, Yaxın Şərq və digər regionlar da daxil olmaqla, beynəlxalq vəziyyət mürəkkəb olaraq qalır: "Vanq Yi ilə danışıqlar Moskva və Pekinin iki ölkə liderləri tərəfindən qoyulmuş vəzifələri yerinə yetirmək atılacaq gələcək addımları müzakirə etmək üçün fürsət yaradır".