BAKI, 7 oktyabr. TELEQRAF

“Naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan ordusunun əsgəri Nəsimi Musayev təxribatçı deyil”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan deyib.

Nazir bildirib ki, əsgər saxlanılarkən müqavimət göstərməyib: “Bu hal onun təxribatçı olmadığını sübut edir”.