BAKI, 13 avqust. TELEQRAF
“Ermənistan və Azərbaycan hazırda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasının detallarını, o cümlədən marşrutlardan qarşılıqlı istifadə şərtlərini müzakirə edir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki “Vətəndaş Müqavilə” partiyasından olan deputat Sərkis Xandanyan deyib.
Məsələni parlamentdə müxalif “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan qaldırıb. O, həmkarından soruşub: “Azərbaycan “Tramp marşrutu”ndan (TRIPP) hansı şərtlərlə istifadə edəcəksə, Ermənistan da Azərbaycan ərazisində hansı yollardan eyni şərtlərlə istifadə edə biləcək?”.
Xandanyanın sözlərinə görə, qarşılıqlılıq prinsipi ilə bağlı məsələlər hələ müzakirə mərhələsindədir, bunlara, xüsusilə, gömrük rüsumları və digər ödənişlər aid ola bilər.
“Ermənistan və Azərbaycan bu məsələləri layihənin həyata keçirilməsi mərhələsində, nəqliyyat əlaqəsi başladıqda yekun olaraq razılaşdıracaq”, - deputat vurğulayıb.