BAKI, 2 avqust. TELEQRAF
Ermənistan-Azərbaycan danışıqlar prosesində artıq praktiki nəticələr əldə olunub.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Milli Məclisinin iclasında parlamentin spikeri vəzifəsinə namizəd Ruben Rubinyan bildirib.
R.Rubinyanın sözlərinə görə, Azərbaycan tərəfi Ermənistandan dəmir yolu tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
O, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin olduğunu vurğulayıb:
"Bundan əlavə, Ermənistan və Azərbaycan arasında artıq birbaşa ticarət, xüsusən də neft məhsullarının ticarəti mövcuddur".
R.Rubinyan münasibətlərin tənzimlənməsinin yaxın olduğunu və bunun yalnız zaman məsələsi təşkil etdiyini bildirib.