BAKI, 26 fevral. TELEQRAF

“Hazırda Rusiya ilə münasibətlərimiz yenidən qurulma mərhələsindədir. Rusiya ilə əlaqələri inkişaf etdirməkdə qərarlıyıq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir iddia edib ki, 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycan və Ermənistan arasında atəşkəsin təmin olunmasında Rusiya Prezidenti Vladimir Putinin önəmli rol oynayıb:

“Noyabrın 8-də Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə olunmasında Rusiya, şəxsən Prezident Vladimir Putinin rolu çox önəmli oldu”.