BAKI, 17 fevral. TELEQRAF

“Azərbaycan və Ermənistan cəmiyyətləri iki ölkənin tam birgəyaşayışının mümkün olacağı körpülər yaratmalıdır”.

Teleqraf xəbər verir ki, bunu erməni ekspert Robert Gevondyan Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfəri barədə deyib.

“Əslində, söhbət dostluq və qardaşlıqdan deyil, üst-üstə düşən maraqlardan gedir. Ermənistan və Azərbaycanın nümayəndə heyətlərinin üzvlərinin həm hökumət, həm də cəmiyyətlə ikitərəfli əlaqələri var və bu cür görüşlər zamanı bir çox məsələlərin həlli yolları tapılır. Belə görüşlər sülhün möhkəmləndirilməsi üçün də vacibdir”, - o bildirib.

Gevondyanın sözlərinə görə, görüş zamanı tərəfləri narahat edən bütün məsələlər müzakirə olunub.

Erməni ekspert əlavə edib ki, sülh müqaviləsinin iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən əvvəl imzalana biləcəyi ilə bağlı söhbət var.