BAKI, 22 oktyabr. TELEQRAF

“Ermənistan bu gündən etibarən Türkiyədən Azərbaycana yük maşınlarının Ermənistan ərazisindən tranzitini təmin etməyə hazırıq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu gündən etibarən Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının Ermənistan ərazisi ilə tranzitini təmin etməyə hazırıq. Ermənistanda həm yollar, həm də sərhəd infrastrukturu Marqara-Yeqnadzor-Sisyan-Gorus marşrutu üzrə buna hazırdır”, - o qeyd edib.

Nikol Paşinyanın Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yolun açılması məsələsinə də toxunub:

“Siyasi cəhətdən Naxçıvandan Azərbaycanın əsas hissəsinə və əksinə Ermənistan ərazisi ilə eyni şəkildə tranziti təmin etməyə hazırıq, amma texniki cəhətdən infrastruktura görə hələ hazır deyilik. Siyasi baxımdan da Türkiyə ilə Naxçıvan arasında, eləcə də Türkiyə ilə Azərbaycanın əsas hissəsi arasında dəmir yolu keçidini təmin etməyə hazırıq, amma həmin hissədə dəmir yolunun təmiri və ya yenidən qurulması lazımdır”.

Ermənistan baş naziri texniki məsələlərin 2-3 il ərzində öz həllini tapacağına əminliyini ifadə edib.