BAKI, 20 oktyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Vatikana səfəri çərçivəsində Papa XIV Leo ilə görüşüb.

Teleqraf xəbər verir ki, o, görüşdə Vatikanla Ermənistan arasında qurulan sıx əlaqələrdən danışıb.

Paşinyan XIV Leonun rəhbərliyi altında Vatikanla Ermənistan arasında sıx dialoq ənənəsinin, eləcə də Ermənistan üçün vacib olan məsələlərə ardıcıl diqqətin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüş zamanı regional məsələlərə də toxunulub. Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, eləcə də humanitar məsələləri müzakirə ediblər. XIV Leo bu istiqamətdə əldə edilən irəliləyişə görə ölkələri təbrik edib və ümidvar olduğunu bildirib ki, regionda sülhün bərqərar olması əməkdaşlıq və sabitliyin yeni mərhələsinin başlanğıcı olacaq.

Baş nazir Ermənistan regionun firavanlığı və davamlı inkişafı naminə sülh gündəliyinə sadiq olduğunu iddia edib.