BAKI, 30 iyun. TELEQRAF
Ermənistan Baş naziri Administrasiyası rəhbərinin müavini Taron Çaxoyan dövlət çevrilişi ittihamı ilə həbs edilən arxiyepiskop Mikayel Ajapaxyanın din adamı yox, terrorçu olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
“Müqəddəs ata” adlandırlan şəxsin terrorçu olduğuna əmin olmaq üçün onun qanlı akt törətməsinə imkan vermək lazım idi? Sadəlövhlər söyləyirlər ki, Tanrının adını çəkən “müqəddəs ata” necə terrorçu ola bilər?
Terrorçular, bir qayda olaraq, hər zaman, xüsusən də son aktdan əvvəl Tanrının adını çəkirlər. Bu yolla həm özlərini, həm də başqalarını Tanrının razı olduğu bir iş gördüklərinə inandırmağa çalışırlar. Bağışlayın, amma biz planlaşdırılan terror hücumuna icazə verə bilməzdik ki, bəzi insanlar “müqəddəs ata”ın terrorçu olduğuna əmin olsunlar”, - Çaxoyan qeyd edib.