BAKI, 28 iyun. TELEQRAF
Ermənistanın Təbiəti Mühafizə Nazirliyi Dilican Milli Parkında Fransadan gələn nüvə tullantılarının basdırılması ilə bağlı xəbərləri təkzib edib.
Teleqraf xəbər verir ki, qurum Fransa KİV-də yayılan informasiyanın yalan olduğunu bildirib.
“Fransanın “Orano” şirkətinin Ermənistana gizli şəkildə nüvə yanacağı tullantılarının daşınması ilə bağlı yayılan və guya bu tullantıların milli parklardan birində saxlanması ilə bağlı yayılan məlumat tam dezinformasiyadır”, - açıqlamada deyilir.
Qeyd edək ki, iyunun 25-də “Courrier France 24” nəşri Fransanın “Orano” dövlət müəssisəsinin (atom elektrik stansiyaları üçün yanacaq tədarükçüsü) Ermənistana tükənmiş uran tullantılarını gizli şəkildə daşımağa başlaması ilə bağlı məqalə dərc edib. Tullantıların Dilcan Milli Parkındakı bunkerə daşındığı bildirilib.