XANKƏNDİ, 10 noyabr. TELEQRAF
Xankəndi şəhərində Zəfər Günü münasibətilə keçirilən “Zəfər nəsli” gənclər düşərgəsi başa çatıb.

Teleqraf xəbər verir ki, noyabrın 9-da başlayan və iki gün davam edən düşərgənin sonuncu günündə bağlanış mərasimi təşkil olunub.

Düşərgə çərçivəsində gənclər üçün müxtəlif mövzularda maarifləndirici tədbirlər, praktiki məşğələlər, görüşlər və müzakirələr keçirilib. İştirakçılar Vətən müharibəsinin tarixi, Azərbaycanın Zəfər yolu, milli-mənəvi dəyərlər və vətənpərvərlik barədə müzakirələrdə iştirak ediblər.

Layihənin əsas hədəfi gənc nəslin Zəfər tariximiz haqqında məlumatlılığını artırmaq, onların milli ruhunu gücləndirmək və azad edilmiş torpaqlarla mənəvi bağlarını möhkəmləndirmək olub.

Tədbirin sonunda düşərgənin iştirakçılarına sertifikatlar verilib.