Bolqarıstanda 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-də Bolqarıstanda matəm günü elan ediləcək.
Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığında yerləşən "Frakiya" avtomagistralında baş verib.
Magistralın 289-cu və 294-cü kilometrləri arasındakı hissədə onlarla yük və minik avtomobili, eləcə də bir avtobus toqquşub.
Hadisə nəticəsində xəsarət alan təxminən 50 nəfər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.