BAKI, 10 noyabr. TELEQRAF
"Səbail” Futbol Klubunda yeni təyinat gerçəkləşib.
Teleqraf xəbər verir ki, tanınmış idman jurnalisti Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Emin Abbasov daha əvvəl “Xəzər” və “Sabah” klublarının idarəetmə strukturlarında fəaliyyət göstərib.Emin Abbasov jurnalist kimi "Lider" TV-də, "Xəzər" TV-də, ATV-də çalışıb, bir sıra idman verilişlərinin aparıcısı olub. 2011-ci ildə Sportal.az saytını təsis edib.
Xatırladaq ki, "Səbail" klubu Azərbaycan Çempionatının I Liqasında çıxış edir.