BAKI, 10 noyabr. TELEQRAF

Fransanın PSJ klubu İngiltərənin “Aston Villa” komandasında çıxış edən Zion Suzuki ilə maraqlanır.

Teleqraf TEAMtalk-a istinadən xəbər verir ki, Paris klubu 24 yaşlı yaponiyalı qapıçını transfer etmək istəyir.

Bununla belə, “Real Madrid” də Tibo Kurtuanın gələcək əvəzləyicisi kimi Suzukinin çıxışını izləyir. “Arsenal”, “Mançester Siti”, “Liverpul” və “Tottenhem” də yaponiyalı qapıçı ilə maraqlanır.

Qeyd edək ki, “Aston Villa” ötən yay Suzukini “Parma”dan təxminən 35 milyon avroya transfer edib və onunla 5 illik müqavilə imzalayıb. Birmingem təmsilçisi qapıçını satmaq niyyətində deyil. Bununla belə, Avropanın nəhəng klublarının marağı transfer məbləğinin 80 milyon avronu keçməsinə səbəb ola bilər.