BAKI, 10 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin ilə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) sammiti çərçivəsində nüvə silahları məsələlərini müzakirə etmək də daxil olmaqla üçtərəfli görüşün keçirilməsini dəstəkləyir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
"Biz inanırıq ki, bu, mümkün olmalıdır. Müzakirə edilməli olan mövzular arasında dünyada nüvə silahlarının vəziyyəti də var. ABŞ prezidenti onların yayılmasının çox təhlükəli olduğuna inanır", - Rubio Parisdə keçirilən mətbuat konfransında əlavə edib.