BAKI, 10 noyabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Brikit jurnalist Kendas Ouensə qarşı Tennessi məhkəməsində yeni iddia qaldırıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

İddia 4 noyabrda qaldırılıb və təxminən 400 səhifədən ibarətdir. Sənəddə "Ouensin 88 yalan ifadəsi" qeyd olunub.

Jurnalist iddianın qaldırıldığını təsdiqləyib.

Emmanuel və Brigitte Makron Ouensi müstəqil platformasını tanıtmaq, şöhrət və pul qazanmaq üçün yalan məlumatlardan istifadə etməkdə günahlandırıblar. Onlar iddia edirlər ki, jurnalist 2025-ci ilin yayında ilk məhkəmə iddiasını qaldırandan bəri yalan məlumatlar yaymağa davam edib.

"Bu yalan iddialar Makron ailəsinə çox böyük ziyan vurub", - iddiada qeyd olunub.

2024-cü ilin mart ayından bəri Ouens dəfələrlə Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin əslində kişi doğulduğunu iddia edib. 2025-ci ilin sentyabr ayında Makron və həyat yoldaşı Ouensin iddialarını təkzib edən dəlilləri məhkəməyə təqdim etməyi planlaşdırırdılar. Amerikalı jurnalistin YouTube kanalının 6 milyondan çox abunəçisi var.