BAKI, 28 iyun. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın “Orano” şirkətinin ölkəsinə təhlükəli tullantılar (zəiflədilmiş uran) ixrac etdiyi barədə yayılmış iddianı təkzib edib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

“Hibrid müharibə. Biz hər şeyi başa düşürük. Amma kimsə ciddi şəkildə soruşsa ki, bizim Dilican Milli Parkında uran tullantıları saxladığımız doğrudurmu, həmin şəxs ya eşşəkdir, ya da agentdir”, - baş nazir qeyd edib.

Qeyd edək ki, məlumatı Fransada fəaliyyət göstərən Courrierfrance24.fr saytı yayıb.