BAKI, 26 may. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa xarici işlər naziri Jan-Noel Barronun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf xəbər verir ki, görüş zamanı regional proseslər, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında son vəziyyətlə barədə fikir mübadiləsi aparılıb.

Baş nazir Paşinyan Ermənistan hökumətinin sülh gündəliyinə sadiq olduğunu bir daha vurğulayıb.