BAKI, 26 may. TELEQRAF

“Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan beynəlxalq “İrəvan Dialoqu” forumunda çıxışı zamanı deyib.

“Xanımlar və cənablar, mən inanıram ki, bütün mübahisələrə, təxribatlara və sairə baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq. Sülh olacaq və bu, mənə son dərəcə açıq görünür”, - baş nazir bildirib.