BAKI, 26 may. TELEQRAF
“Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan beynəlxalq “İrəvan Dialoqu” forumunda çıxışı zamanı deyib.
“Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsini razılaşdıra bildik, sənədi yekunlaşdırdıq və layihə üzrə danışıqları başa çatdırdıq. Ermənistan və şəxsən mən artıq sənədi imzalamağa hazır olduğumuzu bəyan etmişik”, - baş nazir qeyd edib.