BAKI, 20 may. TELEQRAF

“Müxalifətin Ermənistan Baş naziri Nikol Paşinyana qarşı impiçment təşəbbüsünü ciddi qəbul etmək çətindir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri komitəsinin sədri Vladimir Vardanyan deyib.

Onun sözlərinə görə, parlament seçkilərinə bir ildən az vaxt qalmış hökumətə etimadsızlıq barədə söhbət açmaq əsassızdır.

“İndiki mərhələdə bu cür təşəbbüslərdə heç bir ciddilik görmürəm. “İmpiçment” ifadəsinin özü Ermənistan üçün düzgün deyil, çünki bu, prezident sistemləri üçün xarakterikdir. Bizim yalnız hökumətə etimadsızlıq ifadə etmək imkanımız var, amma mən bunun da müzakirəsini qeyri-ciddi hesab edirəm”, - V.Vardanyan bildirib.