BAKI, 19 may. TELEQRAF

“Gələn il parlament seçkiləri ilə əlaqədar Ermənistan hökuməti ilə müxalifəti arasında şiddətli siyasi döyüşlər olacaq”.

Teleqraf xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Robert Köçəryan yerli KİV-ə müsahibəsində deyib.

Keçmiş prezident Ermənistan Baş naziri Nikol Paşinyanı açıq şəkildə hədələyərək, onu və spiker Alen Simonyanı “təxribatçı” adlandırıb.

“Növbəti parlament seçkilərinə bir il qalıb. Fövqəladə vəziyyətin olması mümkündür, burada müəyyən bir ehtimal görürəm. Parlamentdə (müxalifət və hökumət arasında) siyasi döyüşlər daha da şiddətlənəcək. Məncə, gələn il belə olacaq. Mübarizə şiddətli olacaq. Hesab vermə vaxtı yaxınlaşır, cavab verəcəklər”, - Köçəryan bildirib.