BAKI, 19 may. TELEQRAF
“Nikol Paşinyan hökumətinin hazırkı xarici siyasətinin Ermənistan üçün ciddi nəticələri olacaq.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan yerli KİV-ə müsahibəsində deyib.
Onun iddiasına görə, Avropa İttifaqı (Aİ) Ermənistandan Ukrayna kimi Rusiyaya qarşı istifadə etməyə çalışır.
“İndiki vəziyyətdə bir məqsəd var: Ukrayna və Ermənistan vasitəsilə Rusiyaya zərər vermək, ya da başqa ölkə tapıb onun vasitəsilə ona zərər vurmağa çalışmaq. Bu, strategiya deyil, başqasının əlində alət olmaqdır. Bizim istədiyimiz budur?
Mənə deyə bilərsinizmi ki, bu gün Ermənistan hansı xarici siyasət yürüdür? Mən başa düşməyə çalışıram və başa düşmürəm. Bu siyasət deyil, ciddi nəticələrə gətirib çıxaran biabırçılıqdır. Buna görə də (Rusiyadan) gözlədiyimiz dəstəyi ala bilmədik”, - Köçəryan bildirib.
Avropa ilə son münasibətlərə toxunan sabiq prezident bu müzakirələrin lüzumsuz olduğu və real nəticə vermədiyi qənaətindədir:
“Bəli, Makron gözəl açıqlama verəcək, sevinəcəyik, bəlkə Ermənistan baş nazirini qucaqlayacaq, qucaqlamağı çox sevir və bununla da hər şey bitəcək”.