BAKI, 13 may. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının Genişlənmə və Şərq qonşuluğu Siyasəti üzrə departamentinin rəhbəri Gert Yan Kupmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Avropa İttifaqı-Ermənistan münasibətləri ilə yanaşı, regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər, xüsusilə Ermənistan-Azərbaycan sülh sazişi müzakirə olunub.