![](https://teleqraf.az/storage/2025/02/10/715x378/whatsapp_image_2025-02-10_at_13.42.55.jpg)
TBİLİSİ, 10 fevral. TELEQRAF
Ötən il xarici ölkələrə səfər etmiş Gürcüstan vətəndaşlarının sayı 2,8 milyon nəfərə bərabər olub.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Sənədə əsasən, 2023-cü illə müqayisədə göstəricidə 1,4%-lik azalma qeydə aınıb.
Səfər edənlərin 1,5 milyon nəfəri turist olub ki, bu da illik müqayisədə 7,7% çoxdur.
Azərbaycana edilən səfərlər Gürcüstan vətəndaşlarının xarici səfərlərinin 2,2%-nə bərabər olub. Bu göstərici ilə Azərbaycan qonşu ölkə vətəndaşlarının ən çox üz tutduğu dördüncü ölkə olub.
Birinci yerdə Türkiyə (37,4%), ikinci yerdə Rusiya (18,3%), üçüncü yerdə isə Ermənistan (12,1%) qərarlaşıb.