BAKI, 9 noyabr. TELEQRAF
Draqan Vladisavljeviç “Dostluq” ordeni ilə təltif edilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Draqan Vladisavljeviç “Dostluq” ordeni ilə təltif edilib.