BAKI, 9 noyabr. TELEQRAF

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan xalqını 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.

“Azərbaycanlı qardaşlarımızın 9 Noyabr – Dövlət Bayrağı Günü mübarək olsun!” – paylaşımda qeyd olunub.