SUMQAYIT, 9 noyabr. TELEQRAF

Sumqayıt şəhərində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib.

Teleqraf xəbər verir ki, yürüş Heydər Əliyev mərkəzi - Dənizkənarı bulvar - Elvin Səfərov küçəsi ərazilərində baş tutub.

Yürüş zamanı Azərbaycan Dövlət Hərbi Orkestrinin ifasında milli və vətənpərvərlik ruhlu musiqilər səsləndirilib. Hərbi marşların müşayiəti ilə hərəkət edən hərbçilərin təntənəli keçidi şəhər sakinləri tərəfindən böyük maraqla izlənilib.

***

11:12

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Sumqayıt şəhərinin mərkəzi küçələrinə hərbi orkestrlərin müşayiəti ilə yürüş keçirilir.

Teleqraf xəbər verir ki, yürüş üç fərqli istiqamətdə baş tutacaq.

Hərbi orkestrlər Heydər Əliyev mərkəzi - Dənizkənarı bulvar - Elvin Səfərov küçəsi ərazilərində nümunəvi çıxışlar edirlər.