BAKI, 16 oktyabr. TELEQRAF

Latviyanın Baş naziri Andris Kulberqs Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmasına çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə A.Kulberqs "Bloomberg TV"-yə açıqlama verib.

"Biz bunu qadağan etməliyik. Heç bir rusiyalı səyahət etmək imkanına malik olmamalıdır", - A.Kulberqs qeyd edib.

Xatırladaq ki, son illərdə Aİ ölkələrinin hakimiyyət orqanları Rusiyanın onların ərazisindəki müxtəlif qanunsuz fəaliyyətlərdə və insidentlərdə əli olduğunu bildirirlər. Rusiya tərəfi isə bu ittihamları rədd edir.