BAKI, 16 oktyabr. TELEQRAF
İngilitərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Lisanro Martinesin klub rəhbərliyini açıq şəkildə tənqid etməsindən sonra komandadakı gələcəyi sual altına düşüb.
Teleqraf xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
28 yaşlı argentinalı futbolçunun "Mançester Yunayted" ilə müqaviləsi bu yay başa çatır. "Qırmızı şeytanlar" heyətdə müdafiə xəttini yeniləmək, yeni mərkəz və sol müdafiəçilər cəlb etmək niyyətində olduğu üçün müqavilənin uzadılması böyük şübhə doğurur.
Bildirilir ki, Martines yay transfer pəncərəsində "Atletiko Madrid"ə keçməyə cəhd göstərsə də, İspaniya klubundan "Yunayted"i qane edəcək rəsmi təklif daxil olmayıb.