BAKI, 16 oktyabr. TELEQRAF
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçiriləcək.
Teleqraf-ın əldə etdiyi məlumata görə, toplantıda struktur dəyişiklikləri ilə bağlı qərar veriləcək.
Partiyanın Veteranlar Şurasına, Təftiş Komissiyasına, eləcə də Gənclər Birliyinə sədr seçiləcək.
İclasda eyni zamanda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin YAP üzvlüyündən çıxarılması məsələsinə baxılacaq.